<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>250</hymn_number>
<lyrics>[V1]
 Rəbbə vermişəm qəlbimi,
 Nə xoşbəxtəm bu dünyada,
 Yazıb Kitaba ismimi, diz çökürəm qarşısında.

[C1]
   Mən xoşbəxtəm bu dünyada,
   İsam mənə sevinc verir,
   Qulağıma gəlir səda,
   Sən mənimsən, - Rəbbim deyir.

[V2]
 İndi bütün həyatımı Allahıma həsr edirəm,
 Hər günümü, saatımı şükürlərlə keçirirəm.

[V3]
 Sənlə olmaqdan doymaram, dilimdən düşməyir Adın,
 Hər an Sənə minnətdaram, mənə biganə qalmadın.

[V4]
 Qoymadın mən naçar qalım, keçdin günahlarımdan,
 Səndən gəlir xeyir-duam, Rəbbim, Sənə minnətdaram.</lyrics>
<title>Rəbbə vermişəm qəlbimi İL250</title>
</song>